SON XƏBƏRLƏR

İran yenidən qonşu ölkələrə xəbərdarlıq edib

2025.06.30, 12:41
İran yenidən qonşu ölkələrə xəbərdarlıq edib

Heç bir ölkəyə ərazisinin başqaları tərəfindən düşmən hərəkətlər üçün istifadə edilməsinə icazə verilmir.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

"Bu məsələ ilə bağlı çoxlu hesabatlar dərc olunub. Biz bu məlumatları və bəzi fərziyyələri aidiyyəti ölkələrlə paylaşmışıq. Qonşu dövlətlər həm mehriban qonşuluq siyasəti, həm də beynəlxalq hüquq çərçivəsində öz vəzifə və öhdəliklərini əlbəttə ki, bilirlər." - deyə Bəqayi bildirib.

“İstisnasız olaraq bütün qonşu ölkələr bizi əmin ediblər ki, onlar heç bir halda İsrailin öz hava məkanından və ya ərazilərindən İrana qarşı təcavüzkar hərəkətlər üçün sui-istifadə etməsinə icazə verməyəcəklər”, - Bəqai əlavə edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar