SON XƏBƏRLƏR

Rusiya Ukraynanın Luqansk bölgəsinə tam nəzarəti ələ keçirib

2025.07.01, 12:10
Rusiya Ukraynanın Luqansk bölgəsinə tam nəzarəti ələ keçirib

Rusiya Ukraynanın Luqansk bölgəsinə nəzarəti tamamilə ələ keçirib.

Gunaz.tv

Bununla bağlı Rusiya tərəfindən dəstəklənən separatçı qurumun rəhbəri Rusiya dövlət televiziyasına müsahibə verib.

Faktı Rusiya Müdafiə Nazirliyindən dərhal təsdiqləsə də Ukrayna tərəfindən heç bir açıqlama gəlməyib.

Qeyd edək ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı başlatdığı işğalçı savaşdan üç ildən çox vaxt keçir. Vladimir Putin 2022-ci ilin sentyabrında Luqanskın - qismən nəzarətdə olan Donetsk, Xerson və Zaporojiya vilayətləri ilə birlikdə Rusiyanın tərkibinə daxil edildiyini bəyan edib.

Hazırda Rusiya beynəlxalq səviyyədə Ukrayna kimi tanınan ərazilərin təxminən 19 faizinə, o cümlədən Luqanska, üstəlik Donetsk, Zaporojjiya və Xerson vilayətlərinin 70 faizinə, Xarkov, Sumi və Dnepropetrovsk vilayətlərinin hissələrinə nəzarət edir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar