SON XƏBƏRLƏR

Türkiyə iki yeni atom elektrik stansiyası üçün müqavilələr imzalamağı hədəfləyir

2025.07.01, 12:18
Türkiyə iki yeni atom elektrik stansiyası üçün müqavilələr imzalamağı hədəfləyir

Türkiyə ilin sonuna qədər iki yeni atom elektrik stansiyası üçün beynəlxalq müqavilələr imzalamağı hədəfləyir.

Gunaz.tv

İstanbulda keçirilən nüvə stansiyaları sammitində çıxış edən Energetika Nazirliyinin nüvə layihələri bölməsinin rəhbəri vəzifəsini icra edən Salih Sarı Sinop stansiyasının 2035-ci ildən əvvəl, Trakya stansiyasının isə Sinop stansiyasından qısa müddət sonra elektrik istehsal etməyə başlamasının gözlənildiyini bildirib.

Türkiyə nüvə stansiyaları üçün Çin, Cənubi Koreya və Rusiya ilə danışıqlar aparır.

Qeyd edək ki, Türkiyə yerli sənayeni dəstəkləmək üçün yeni tədqiqat reaktoru quraşdırmağı da planlaşdırır.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar