GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Aİ Ukraynanın bərpası üçün 2,3 milyard avro məbləğində yeni yardım paketi elan edib
Rubio Amerikanın Rusiyaya qarşı sanksiyaları gücləndirməsini mövcud variantlardan biri adlandırıb
“Vaqner” silahlı birləşməsinə cəlb olunmuş Azərbaycan vətəndaşları həbs olundu – DTX əməliyyat keçirib
Günəş İsfahana işıq saçır, Azərbaycan kölgədə qalıb!
İranda iki məhbus edam edildi
Ərəb fəalların həyatı təhlükədədir
İranda 259 nəfər yeni virusa yoluxub
Britaniya İranı ciddi təhdid hesab edir
Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünün nəticəsi məlum olub
İranın gizlətdiyi uranın yerini bilirik- Netaniyahu
Katz: İranın yenidən İsrail üçün təhdid olmasına icazə verməyəcəyik
Tramp İranlı rəsmini məsxərəyə qoyub
Pakistanın hüquq və ədliyyə naziri Azərbaycana səfər edib
İranda 46 media qurumuna qarşı cinayət işi açılıb
Ermənistanda terrorçuluqda şübhəli bilinən daha 7 nəfər saxlanılıb
Çin Ukraynada casusluq ittihamı ilə saxlanılan vətəndaşların işinin araşdırıldığını deyir
Rusiyanın müsadirə etdiyi Amerika şirkəti Şimali Koreya və Çinə ərzaq ixrac edəcək
Marko Rubio Sergey Lavrovla görüşəcək
İran Milli Bankı Azərbaycana lazımdırmı?
Zelenski: Rusiyanın hücumların sərt cavab veriləcək
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pezeşkiana dəstək kampaniyası başladı - Aşeriyə qarşı cinayət işi açıldı
Güney Azərbaycanlı fəalların həbsindən 18 ay ötür
Güney Azərbaycanlı siyasi fəal Mürtəza Həqir İntizar haqqında 15 gündür ki, məlumat yoxdur
Polşa Rzeşovdakı Yasionka hava limanını bağlamaqla hədələyib
Evin həbsxanasına hücuma daxildən dəstək verilib - İran Prokurorluğu
İranda radiasiyaya qarşı dərmanlar satışa çıxarılır
Amerika Ukrayna üçün yeni "Marşal Planı"nı təklif edir
Aralıq dənizinin dibindən Antik dövrün yeddi möcüzəsindən biri çıxarıldı
İranın Baş Prokuroru sosial media fəallarını hədələdi
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
Rusiya ordusu dron və raketlərlə Ukraynaya kütləvi hücum edib
Husilər Yunanıstana məxsus yük gəmisinin ekipaj üzvlərini qaçırıb
Yekaterinburqda saxlanılan Ayaz Səfərovun apellyasiya şikayəti təmin edilməyib
İngiltərə və Fransa "Storm Shadow" raket ehtiyatlarını artıracaq
Orban: "Rusiya-Ukrayna münaqişəsi yalnız Putin və Trampın təkbətək görüşü nəticəsində həll oluna bilər"
KİV: Amerika Ukraynaya silah tədarükünü bərpa edib
Tramp daha çox səlahiyyət istəyir
Amerika Braziliya mallarına 50 faiz rüsum tətbiq edəcək
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başlayıb
Moskvada Azərbaycan diasporunun rəhbəri deportasiya edilir
Amerika Maliyyə Nazirliyi İranın “kölgə bankçılığına” qarşı sanksiyalar tətbiq edib
Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycanın Baş prokuroru tərəfindən cinayət işi başlanıb.
Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ilkin istintaqla müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiya Federasiyasının Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları və azərbaycanəsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.
Rusiya Federasiyasının adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycanəsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulub və ağır bədən xəsarətləri yetirilib.
Nəticədə 1966-cı il təvəllüdlü - 60 yaşlı, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Hüseyn Səfərov həmin gün saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanının inzibati binasında, onun qardaşı – 1970-ci il təvəllüdlü - 55 yaşlı, taksi sürücüsü kimi fəaliyyət göstərən iki övlad atası Ziyəddin Səfərov isə səhər saatlarında əməliyyat qurumuna məxsus xidməti avtomobildə aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb.
İstintaq zamanı təyin edilmiş Məhkəmə tibbi-ekspertizasının rəyinə əsasən Səfərov Hüseyn Mehti oğluna yetirilmiş çoxsaylı xəsarətlər, o cümlədən qabırğaların çoxsaylı sınıqları və sair fonunda yaranmış postravmatik və posthemorrogik şok nəticəsində, sonuncunun qardaşı 10.12.1970-ci il təvəllüdlü Səfərov Ziyəddin Mehti oğlu isə ona yetirilmiş çoxsaylı xəsarətlər fonunda yaranmış postravmatik şok nəticəsində ölüb.
Həmçinin Rusiya Federasiyasının səlahiyyətli əməliyyat-axtarış qurumları tərəfindən saxlanılmış digər çoxsaylı şəxslərə qarşı da eyni üsulla işgəncələr tətbiq edilməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış digər Azərbaycan Respublikası vətəndaşlarının olması və hazırda Rusiya Federasiyası ərazisində tibb müəssisəsində müalicələrinin davam etdirilməsi müəyyən edilib.
Toplanmış materiallar əsasında Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.
Azərbaycanın Baş Prokurorluğu tərəfindən beynəlxalq hüquq normalarına uyğun olaraq müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, istintaqın effektiv aparılması və cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün zəruri əməkdaşlıq təmin ediləcək.
C
“Vaqner” silahlı birləşməsinə cəlb olunmuş Azərbaycan vətəndaşları həbs olundu – DTX əməliyyat keçirib
Günəş İsfahana işıq saçır, Azərbaycan kölgədə qalıb!
İranda iki məhbus edam edildi
Ərəb fəalların həyatı təhlükədədir
Katz: İranın yenidən İsrail üçün təhdid olmasına icazə verməyəcəyik
Tramp İranlı rəsmini məsxərəyə qoyub
İranda 46 media qurumuna qarşı cinayət işi açılıb
Marko Rubio Sergey Lavrovla görüşəcək
İran Milli Bankı Azərbaycana lazımdırmı?
Pezeşkiana dəstək kampaniyası başladı - Aşeriyə qarşı cinayət işi açıldı
Güney Azərbaycanlı fəalların həbsindən 18 ay ötür
Güney Azərbaycanlı siyasi fəal Mürtəza Həqir İntizar haqqında 15 gündür ki, məlumat yoxdur
Evin həbsxanasına hücuma daxildən dəstək verilib - İran Prokurorluğu
İranda radiasiyaya qarşı dərmanlar satışa çıxarılır
İranın Baş Prokuroru sosial media fəallarını hədələdi
Husilər Yunanıstana məxsus yük gəmisinin ekipaj üzvlərini qaçırıb
KİV: Amerika Ukraynaya silah tədarükünü bərpa edib
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başlayıb
Amerika Maliyyə Nazirliyi İranın “kölgə bankçılığına” qarşı sanksiyalar tətbiq edib
Rəşt Şəhər Şurasının üzvündən çağırış- Pezeşkianı da öldürün
Həmədanda hökumətə qarşı şüarlar səsləndirildi
"Traxtur"un oyunları Azərbaycan Respublikasında yayımlanacaq
Xamənei axtarılır- "Ağa haradasan?"
İsral-İran münaqişəsində Şərqi Azərbaycanda ölənlərin sayı açıqlandı
Hökumətin devrilməməsi qələbəmizdir - Səfəvi
İranın 53 şəhərində su çatışmır
Taker Karlsen Məsud Pezeşkiandan müsahibə götürüb
Rusiya Pezeşkianın Azərbaycana səfərindən narazıdır - Media
Doktor Lətif Həsəninin anasının dəfn mərasimi keçirilib
Kəleybərdə milli fəallar dindirilib
İranda polis etirazçılara atəş açdı - Yaralananlar var
Amerika və Ukrayna liderləri birgə silah istehsalını müzakirə ediblər
Netaniyahu və Tramp edam edilməlidi- Tehranın cümə imamı
BAEA müfəttişləri İranı tərk etdi
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Bəluc qadınlar etiraz aksiyası keçiriblər
Ukrayna kəşfiyyatı: Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir
Mertz Trampla Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edib