SON XƏBƏRLƏR

İranın Ermənistandakı səfiri öz sözlərini təkzib edib

2025.07.01, 13:55
İranın Ermənistandakı səfiri öz sözlərini təkzib edib

İranın Ermənistandakı səfiri Mehdi Sobhanini daha əvvəl səsləndirdiyi təxribatçı iddiaları elə özü təkzib edib.

Gunaz.tv

Səfir Mehdi Sobhani Ermənistan KİV-lərinə bildirib ki, İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı sübut yoxdur. KİV-lərə istinad edib, belə məlumatlara inanmaq olmaz.

Qeyd edək ki, səfir daha əvvəl İsrail hərbi hava qüvvələriin Azərbaycan ərazisindən istifadə edərək İranı bombaladığını iddia etmişdi.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin və digər yüksək səviyyələri rəsmilərin bu gülünc ittihamları dəfələrlə təkzib etməsinə, İlham Əliyev və Məsud Pezeşkian arasında baş tutan telefon danışığı zamanı Pezeşkian tərəfindən Azərbaycan ərəzisinin İrana qarşı hücumlarda istifadə edilmədiyinə dair əminlik ifadə edilməsinə baxmayaraq bəzi İran rəsmiləri və SEPAH-a bağlı media orqanları hələ də Azərbaycanı ittiham etməyə davam edir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar