SON XƏBƏRLƏR

Hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub

2025.07.01, 17:55
Hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub

Azərbaycan Hökümət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub.

Gunaz.tv

bunu Azərbaycan Baş nazirinin müavini Samir Şərifov BMT-nin İspaniyanın Sevilya şəhərində keçirilən,İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransının ikinci günündə keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan, 2020-ci ilin noyabrında isğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyuk Qayıdış Dövlət Proqramını həyata keçirir.

Bu günədək Proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsaiti sərf olunub.

S. Şərifov daha sonra bildirib ki, Azərbaycan Hökümət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurmuşdur.

Zərərin 15%-dən artıq hissəsi ərazilərin minalarla çirklənməsi ilə bağlı olduğundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə mina təhlukəsizliyi Azərbaycan tərəfindən 18-ci milli DİM kimi qəbul edilmiş və bu yanaşma digər ölkələrə də tövsiyyə olunmuşdur.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar