SON XƏBƏRLƏR

Xamənei axtarılır- "Ağa haradasan?"

2025.07.03, 17:03
Xamənei axtarılır- "Ağa haradasan?"

İran-İsrail münaqişəsi zamanı yoxa çıxan və bunkerdə gizləndiyi deyilən İran rəhbəri Əli Xamənei ilə bağlı çox sayda paylaşımlar edilir.

Gunaz.tv

Bu haqda sosial media şəbəkəsində "Ağa haradasan?" başlıqlı videolar paylaşılır.

Bu qəbildən olan videolardan birini də İran kinosunun tanınmış oyunçusu Məhəmməd Omrani paylaşıb.

"Ağa haradasan? Yox, ünvan vermə, sonra nəsə olar məni İsrail casusu olmaqda günahlandırarlar. Ümumiyyətlə bilmək istəyirəm ki, vəziyyətin necədi, yaxşısan?",- aktyor deyir.

Qeyd edək ki, Əli Xaməneinin iqamətgahında məhərəm ayı ilə bağlı keçirilən matəm mərasimində ölkə rəsmilərinin çoxu iştirak etsə də, Xamənei iştirak etməyib.

Bu, həmdə onun sağlamlıq durumunun ağır olması ilə bağlı səsləndirilən fikirlərin həqiqətə uyğun ola biləcəyi barədə ehtimalları gücləndirir.
 
GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar