SON XƏBƏRLƏR

Tramp: "Ukrayna məsələsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur"

2025.07.04, 10:28
Tramp: "Ukrayna məsələsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur"

Amerika prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığının yekunlarına əsasən bildirib ki, Ukrayna məsələsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərlə söhbət zamanı Ağ Ev rəhbəri yaranmış vəziyyətdən məmnun olmadığını vurğulayıb.

"Bizim söhbətimiz oldu. Kifayət qədər uzun söhbət zamanı biz İran da daxil olmaqla bir çox məsələləri müzakirə etdik. Biz həmçinin Ukrayna münaqişəsi barədə danışdıq, mən narazıyam", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Tramp və Putin arasında telefon danışığı baş tutub. Danışıq zamanı Amerika lideri Ukraynada hərbi əməliyyatların tezliklə başa çatdırılması məsələsini yenidən qaldırıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar