SON XƏBƏRLƏR

Lübnan "Hizbullah"ın tərksilah olunması üçün şərtlərini açıqlayıb

2025.07.04, 10:33
Lübnan "Hizbullah"ın tərksilah olunması üçün şərtlərini açıqlayıb

"Hizbullah" terror təşkilatı silahlarını, o cümlədən ağır silahlarını ölkə ordusuna təhvil verməyə hazırdır.

Gunaz.tv

Bu barədə “Al Hadath” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbə bildirir ki, bunun üçün İsrail Lübnan ərazisini tərk etməlidir: "Lübnan prezidenti Cozef Aunun İsrail qoşunlarının ölkələr arasında beynəlxalq səviyyədə tanınmış sərhədlərə qaytarılması müqabilində tərəfdarlarını tədricən tərksilah etmək və Litani çayının şimalından geri çəkmək təklifi ilə razılaşıb. Hərəkat həmçinin İsraildən təcavüz etməmək üçün güclü təminat istəyib".

Xatırladaq ki, iyulun 1-də “Livan 24” xəbər portalı ölkə rəhbərliyinin Amerikanın İsraillə münaqişənin həlli üçün təklif etdiyi planı təsdiqlədiyini və bu planda İsrail qoşunlarının bu ilin noyabrına qədər ölkənin cənubundan çıxarılması müqabilində “Hizbullah”ın tərksilah edilməsini nəzərdə tutduğunu bildirib.

Lübnan və İsrail arasında vasitəçi olan Amerikanın Türkiyədəki səfiri Tom Barak iyulun 7-dən 10-dək diplomatik missiya ilə Beyruta gələcək. O, respublika prezidenti, baş nazir və parlament sədri ilə görüşəcək.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar