SON XƏBƏRLƏR

Binəqədidə İrandan gələn 17 kq narkotik aşkarlanıb

2025.07.04, 10:38
Binəqədidə İrandan gələn 17 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə mütəmadi olaraq davam etdirilir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonunda keçirilən növbəti əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev tutulub. Ondan 17 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb.

N.Musayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar