SON XƏBƏRLƏR

Əli Xamenei Məhərrəm gecələrinin ikinci rəsmi matəm günündə də iştirak etməyib

2025.07.04, 13:10
Əli Xamenei Məhərrəm gecələrinin ikinci rəsmi matəm günündə də iştirak etməyib

İranın dövlət mediasında dərc olunan şəkillər və reportajlardan görünür ki, Əli Xamenei Məhərrəm gecələrinin ikinci rəsmi matəm günü tədbirində də iştirak etməyib.

Gunaz.tv

Əvvəl məlumat verdiyimiz kmi, ötən illərin təcrübəsi göstərir ki, Məhərrəm gecələrinin, xüsusən də yeddinci gecənin mərasimləri yüksək rütbəli dövlət rəsmilərinin iştirakı ilə keçirilir.

Məlumatlı mənbələr Əli Xameneyinin İsrail və İran arasında müharibə başlayandan sonra gizləndiyi sığınacaqdan çıxmağa ehtiyat etdiyini bildirir.

Bəzi hökumət rəsmiləri və media orqanları Xameneyinin yoxluğu ilə bağlı tənqidlərə və suallara cavab olaraq təhlükəsizlik məsələlərini səbəb göstəriblər.

Xatırladaq ki, koronavirus pandemiyasının ən gərgin anlarında belə Əli Xamenei sözü gedən Məhərrəm gecələri mərasimlərində iştirak etmişdi.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar