SON XƏBƏRLƏR

BAEA müfəttişləri İranı tərk etdi

2025.07.04, 17:00
BAEA müfəttişləri İranı tərk etdi

Bu gün iyunun 4-də Beynəlxalq Atom Enerjisi Agentliyinin bir qrup müfəttiş agentliyin Avstriyanın paytaxtı Vyanadakı baş qərargahına qayıtmaq üçün Tehranı tərk edib.

Gunaz.tv

Bu haqda BMT-nin Nüvə Təhlükəsizliyi Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, İsrail və İran arasında müharibə zamanı İranda olan müfəttişlər qrupu heç bir zərər görməyiblər və bu ölkəni sağ-salamat tərk ediblər.

Beynəlxalq Atom Enerjisi Agentliyi özünün X hesabında xəbəri təsdiqləyib.

Qeyd edək ki, üç gün əvvəl İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandıran qanun elan edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar