SON XƏBƏRLƏR

Amerika və Ukrayna liderləri birgə silah istehsalını müzakirə ediblər

2025.07.04, 19:28
Amerika və Ukrayna liderləri birgə silah istehsalını müzakirə ediblər

Amerika Prezidenti Donald Tramp və Ukrayna dövlət başçısı Volodimir Zelenski telefon danışığı zamanı müdafiə sənayesi imkanlarını və birgə istehsalı müzakirə ediblər.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün sosial şəbəkə hesabında yazıb.

"Müdafiə sənayesinin imkanları və birgə istehsalla bağlı ətraflı müzakirə apardıq. Biz Amerika ilə birbaşa layihələrə açığıq və bunun təhlükəsizlik üçün zəruri olduğuna inanırıq", - o bildirib.

Zelenski həmçinin vurğulayıb ki, tərəflər qarşılıqlı satınalmalar və investisiyalar mövzusuna da toxunublar.

“Nəhayət, biz Amerika, həmçinin digər tərəfdaşlarla diplomatik vəziyyət və birgə iş barədə fikir mübadiləsi apardıq".

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar