SON XƏBƏRLƏR

London konfransında Azərbaycanın regional inteqrasiyadakı rolu müzakirə olunub

2025.07.05, 10:21
London konfransında Azərbaycanın regional inteqrasiyadakı rolu müzakirə olunub

Londonda Xəzər Siyasət Mərkəzinin Trans-Xəzər bağlantısına dair üçüncü London konfransı keçirilib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib.

"İrəliləyişi gücləndirmək, sinerjini inkişaf etdirmək" adlı tədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin artan regional əlaqələri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı fonunda ortaya çıxan iqtisadi, ticari və strateji imkanlar müzakirə olunub.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays Birləşmiş Krallığın regionla əməkdaşlığa artan diqqətindən və bu regiona vahid prizmadan yanaşmağın əhəmiyyətindən danışıb. Con Alderdays vurğulayıb ki, Britaniya şirkətləri Azərbaycanda mühüm infrastruktur layihələrində iştirak edir, o cümlədən Böyük Britaniyanın ixrac kredit agentliyi UKEF (UK Export Finance) aviasiya sahəsində ilk maliyyə əməliyyatını Azərbaycanın "Silk Way" şirkəti ilə həyata keçirib. Həmçinin Böyük Britaniya şirkətləri Azərbaycanda təmiz enerji dəhlizlərinin inkişafı üzərində çalışırlar.

Təhsil sahəsinə də toxunan lord Alderdays Britaniya universitetlərinin Azərbaycanda və regionda ikili diplom proqramları və mütəxəssis hazırlığı istiqamətində uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar