SON XƏBƏRLƏR

Fransa XİN: Paris və Pekin İranın nüvə problemi üzrə təmasların bərpasına kömək etməlidirlər

2025.07.05, 10:45
Fransa XİN: Paris və Pekin İranın nüvə problemi üzrə təmasların bərpasına kömək etməlidirlər

Fransa və Çin İranın nüvə problemi ilə bağlı danışıqların tezliklə bərpa olunmasına kömək etməlidirlər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Parisdə çinli həmkarı Van İ ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

“Diplomatik həll İranın nüvə proqramının yaratdığı narahatlıqlara yeganə cavabdır. Biz tez bir zamanda hərəkət etməliyik ki, bütün tərəfləri danışıqlar masasına qaytaraq”, – deyə Barro vurğulayıb.

Onun sözlərinə görə, İran dərhal Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə tam şəkildə əməkdaşlığı bərpa etməlidir.


C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar