SON XƏBƏRLƏR

Ölmüş SEPAH komandirinin qızı:Atam mobil telefonu olmadan öldürülüb

2025.07.05, 11:37
Ölmüş SEPAH komandirinin qızı:Atam mobil telefonu olmadan öldürülüb

İslam İnqilabı Keşikçiləri Korpusu Hatəm Bazasının öldürülən komandirinin qızı atasının mobil telefon istifadə etmədiyi halda öldürüldüyünü bildirib.

Gunaz.tv

Öldürülən Əli Şadmaninin qızı Mehdiyyə Şadmani İsrail kəşfiyyatının "Whatsapp" və başqa bunun kimi tətbiqləri izləmək və başqa ənənəvi casusluq üsullarından kənara çıxdığını bildirib.

Bu barədə o özünün sosial media hesabında yazıb:

"Atamın yeri bir neçə saatdan bir dəyişirdi. Onun yanında heç bir ağıllı cihazı yox idi və bütün təhlükəsizlik protokollarına əməl olunurdu, lakin buna baxmayaraq, o, bir neçə dəfə hədəfə alındı." - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl İran rəsmiləri “WhatsApp" messencerinin bəzi komandirlərin tapılmasında və öldürülməsində rolu olduğunu və İsmayıl Haniyənin yerinin də eyni üsulla tapıldığını bildirmişdi.
 

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar