SON XƏBƏRLƏR

İranda yenidən elektrik kəsintiləri başlayacaq

2025.07.05, 12:24
İranda yenidən elektrik kəsintiləri başlayacaq

İsraillə İran arasında 12 günlük müharibədən sonra hava istiliyinin artması və ölkənin normal vəziyyətə düşməsi ilə Təvanir şirkətinin baş direktoru Mustafa Rəcəbi Məşhədi İranda daxili sektorda işıqların kəsilməsinin bərpa olunduğunu açıqlayıb.

Gunaz.tv

Elektrik enerjisinə tələbatın elektrik enerjisi istehsalından daha çox olduğunu bildirən Rəcəbi Məşhədi istehlakın artması və hasilatın qıtlığı ilə əlaqədar məişət və ictimai sektorlarda gündəlik iki saatlıq fasilələr tətbiq olunduğunu bildirib.

O əlavə edib ki, nə vaxt enerji çatışmazlığı böhranı minimuma endirilsə, işıqların kəsilməsi də azalacaq.

İranda enerji qıtlığı böhranının gücləndiyi bir vaxtda Parlamentin Enerji Komissiyasının üzvü Məhəmməd Bəhrami Seyifabadi elektrik enerjisi və qaz üçün pilləli tariflərə dair yeni planı açıqlayıb və bildirib ki, bu planda hər bir şəxs üçün kvota müəyyən ediləcək və artıq istehlak halında onlar enerjinin faktiki dəyərini ödəməli olacaqlar.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar