SON XƏBƏRLƏR

Tramp: Ukraynaya çox kömək edirəm, amma bu müharibə başlamamalı idi

2025.07.07, 10:16
Tramp: Ukraynaya çox kömək edirəm, amma bu müharibə başlamamalı idi

Amerika Rusiya ilə müharibə şəraitində olan Ukraynaya çoxsaylı yardımlar edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

Amerikalı liderdən nə üçün Amerikanın Ukraynaya da İsrailə etdiyi kimi yardım etmədiyi soruşulub.

Cavabında Tramp deyib ki, əgər o prezident olsaydı, Rusiya ilə Ukrayna arasında hər hansı müharibə başlamazdı:

“Ukraynaya kömək edirəm. Ona çox kömək edirəm. Bu müharibə heç vaxt başlamamalı idi. Əgər mən prezident olsaydım, bu gün Rusiya ilə müharibəniz olmazdı”.

O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın günlərdə yaxşı telefon danışığı aparıb.

Lakin Vladimir Putinlə keçirdiyi son telefon danışığından məyus olduğunu da xüsusi qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar