SON XƏBƏRLƏR

Rusiya Ukraynaya kütləvi hava hücumları edib

2025.07.07, 10:31
Rusiya Ukraynaya kütləvi hava hücumları edib

Bu gün səhər saatlarında Xarkov vilayətində partlayışlar baş verib.

Gunaz.tv

Bu barədə “Public” Telegram kanalı məlumat yayıb.

“Partlayışlar Çuqev şəhər icmasında eşidilib. Hansı infrastruktur obyektlərinə ziyan dəydiyi barədə məlumat yoxdur. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Xarkov vilayətində partlayışlar hava hücumu həyəcanı fonunda eşidilib. Hava hücumu həyəcanı Sumı rayonunda da elan olunub”, – deyə bildirilib.

Qeyd edək ki, iyulun 7-nə keçən gecə Odessada partlayışlar baş verib.

Bundan əvvəl Odessa, Nikolayev, Çerniqov, Sumı, Kiyev və Poltava vilayətlərində hava hücumu həyəcanı elan edilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar