SON XƏBƏRLƏR

Lavrov Abbas Araqçı ilə görüşüb

2025.07.07, 10:37
Lavrov Abbas Araqçı ilə görüşüb

Rusiya XİN rəhbəri Sergey Lavrov Rio-de-Janeyroda BRİKS sammiti çərçivəsində iranlı həmkarı Abbas Araqçı ilə görüşüb.

Gunaz.tv

bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Lavrov İsrail və Amerika tərəfindən İran ərazisinə endirilmiş zərbələri qəti şəkildə pislədiyini bildirib.

“Rusiya tərəfi İsrail və Amerika tərəfindən İrana qarşı təxribat xarakterli və beynəlxalq hüquqa zidd zərbələri pislədiyini bir daha təsdiqləyib”, – deyə Rusiya XİN bəyan edib.

Lavrov əlavə edib ki, İranın nüvə proqramı ətrafındakı böhranın yalnız siyasi-diplomatik yollarla həll olunması vacibdir.

Moskva qarşılıqlı məqbul həll yollarının tapılmasına dəstək verməyə hazır olduğunu da bəyan edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar