SON XƏBƏRLƏR

SEPAH-ın Azərbaycana qarşı növbəti böhtanı

2025.07.07, 11:00
SEPAH-ın Azərbaycana qarşı növbəti böhtanı

SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğat kampaniyasına start verib.

Gunaz.tv

SEPAH-a bağlı “Pasdaran” Teleqram kanalının yaydığı yalan iddiaya görə, guya Azərbaycan hökumətinin Azərbaycan xalqını Aşuradan məhrum etməyə çalışdığı iddia ediblər. Yayılan məlumatda onlar guya Aşuranın tarixi ilə bağlı dəyişiklik edildiyini də bildiriblər.

Eyni saxta iddianı erməni mediası da İran mediasından kopyalayaraq təkrar edib.

Azərbaycana qarşı xüsusi nifrəti ilə tanınan Ehsan Movahedian da bu mövzudan istifadə edərək Azərbaycana qarşı böhtanlar atıb.

Halbuki həqiqət tamam başqadır: Aşura — müsəlmanlar üçün Məhərrəm ayının 10-cu günü, Kərbəla müsibətinin xatirəsi — Azərbaycanda hər il olduğu kimi bu il də geniş qeyd olunub. Məscidlərdə əzadarlıq mərasimləri qurulub, ehsan süfrələri açılıb, qanvermə aksiyaları keçirilib. Üstəlik, bütün bunlar ölkənin hər yerində — o cümlədən Ağdamın Cümə və Şuşanın Yuxarı Gövhər Ağa məscidlərində də təşkil olunub.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar