SON XƏBƏRLƏR

İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

2025.07.07, 11:24
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gunaz.tv

Dövlət başçısı iki ölkə arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğuladı, ikitərəfli münasibətlərin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını deyib.

Dövlət başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd edib, beynəlxalq parlamentlərarası təsisatlarda iki ölkənin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğulayıb.

Görüşdə Sərdar Ayaz Sadiqin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün müzakirələr aparmağa yaxşı imkan yaratdığı bildirilib, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi də aparılıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar