SON XƏBƏRLƏR

Fransa XİN: Aİ Rusiyaya son üç ilin ən sərt sanksiyalarının tətbiqi niyyətindədir

2025.07.08, 10:18
Fransa XİN: Aİ Rusiyaya son üç ilin ən sərt sanksiyalarının tətbiqi niyyətindədir

Avropa İttifaqı (Aİ) 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro LCI telekanalının efirində deyib.

"Aİ Amerika senatorları ilə səylərini əlaqələndirərək, Fransa təklifləri əsasında son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır", - nazir bildirib.

Onun sözlərinə görə, sanksiyalar Rusiyanın neft gəlirlərinə, bu ölkənin maliyyə oyunçularına və Rusiyaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə təsir edəcək.

Barro qeyd edib ki, sanksiyalar Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını davam etdirməsinə mane olmalıdır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar