SON XƏBƏRLƏR

Polis Xəzər rayonunda əməliyyat keçirib, İrandan gələn 10 kq narkotik vasitə aşkarlanıb

2025.07.08, 12:28
Polis Xəzər rayonunda əməliyyat keçirib, İrandan gələn 10 kq narkotik vasitə aşkarlanıb

Xəzər rayonunda qadından İrandan gələn 10 kq narkotik vasitə aşkarlanıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

S.Teymurova ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.


C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar