SON XƏBƏRLƏR

Türkiyə müdafiə sənayesi ixraca görə dünyada ilk 10-a girmək üzrədir

2025.07.08, 12:34
Türkiyə müdafiə sənayesi ixraca görə dünyada ilk 10-a girmək üzrədir

Türkiyə müdafiə sənayesi ixraca görə dünyada ilk 10-a girmək üzrədir .

Gunaz.tv

Bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi Təşkilatının rəhbəri Haluk Görgün Türkiyə mətbuatına müsahibəsində deyib.

O, 2024-cü ilin ilk beş ayında 3,1 milyard dollarlıq ixracat edildiyini və eyni dövrdə 5 milyard dollar dəyərində müqavilə imzalandığını qeyd edib.

"Müdafiə sənayesində atılan hər addım Türkiyəyə təkcə texnologiya deyil, həm də diplomatiya, güc və prestij gətirir." - deyə o qeyd edib.

Haluk Görgün Türkiyənin Kaan Milli Döyüş təyyarəsi haqqında da danışıb.

"Biz indiyədək Türkiyə Hərbi Hava Qüvvələrinin istifadəsi üçün altı “Kaan” qırıcısı sifariş etmişik və bu qırıcılardan daha çoxunu istehsal etmək niyyətindəyik. İndoneziya ilə də 48 “Kaan” təyyarəsinin satışı ilə bağlı müqavilə imzalamışıq və bu müqaviləyə daha 12 təyyarənin əlavə olunması mümkündür. İxrac edilən Kaan təyyarəsi istehsalını 2030-cu illəri hədəflədiyimiz yerli mühərriklə təchiz ediləcək." - o bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar