SON XƏBƏRLƏR

İran həbsxanalarında aclıq aksiyası keçirilir

2025.07.08, 14:39
İran həbsxanalarında aclıq aksiyası keçirilir

Bu gün səhər saatlarından başlayaraq yenidən İranın 47 həbsxanasında saxlanılan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 76-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bu günə kimi İranda 600-dən çox məhbus edam edilib, onların arasında siyasi baxışlarına görə öldürülənlər də var.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar