SON XƏBƏRLƏR

Rusiya ordusu dron və raketlərlə Ukraynaya kütləvi hücum edib

2025.07.10, 09:51
Rusiya ordusu dron və raketlərlə Ukraynaya kütləvi hücum edib

İyulun 9-da Rusiya ordusu dron və raketlərlə Ukraynaya kütləvi hücum edib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Rusiya ordusu axşam saatlarından Ukraynaya hücum etmək üçün 741 ədəd dron və raketdən istifadə edib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat Rusiya ordusunun hücum zamanı raketlər, pilotsuz təyyarələr və pilotsuz təyyarələrin imitatorlarından istifadə etdiyini açıqlayıb.

Hücumlar zamanı əsasən paytaxt Kiyevin hədəf alındığı, nəticədə yaşayış binalarında yanğınlar olduğu bildirilir.

Şəhərin meri Yuri Kliçko Kiyevin Şevçenkivski, Podolski, Solomenski, Darnitski kimi bölgələrində dağıntıların olduğunu və yanğınların baş verdiyini açıqlayıb.

Hücum nəticəsində Kiyevdə 2 nəfərin həlak olduğu bildirilir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar