SON XƏBƏRLƏR

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığı müzakirə ediblər

2025.07.10, 10:03
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığı müzakirə ediblər

Energetika naziri Pərviz Şahbazov Vyanada Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla görüş keçirib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirdik. Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə TexnikiKomissiynın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrikstansiyası|nın istismara verilməsi, dənizdə 3,5 QVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq”, - paylaşımda qeyd olunub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar