SON XƏBƏRLƏR

Amerika Ukrayna üçün yeni "Marşal Planı"nı təklif edir

2025.07.10, 10:21
Amerika Ukrayna üçün yeni "Marşal Planı"nı təklif edir

“Müttəfiqlər yeni “Marşal Planı” hazırlamaqla Ukraynanın bərpasına kömək etməlidir”.

Gunaz.tv

Bunu Amerika prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O, İkinci Dünya Müharibəsindən sonra Avropanın bərpası prosesini xatırladıb.

“Ukrayna üçün də eyni şeyi etməliyik. İlk addım tərəflər arasında atəşkəs razılığıdır”, – deyə Kelloq bildirib.

Qeyd edək ki, “Marşal Planı” 1947-ci ildə Amerika tərəfindən İkinci Dünya Müharibəsi nəticəsində məhv olmuş Avropanı bərpa etmək, iqtisadiyyatını gücləndirmək və kommunizmin genişlənməsinin qarşısını almaq üçün təklif etdiyi iqtisadi yardım proqramı idi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar