SON XƏBƏRLƏR

Marko Rubio Sergey Lavrovla görüşəcək

2025.07.10, 11:58
Marko Rubio Sergey Lavrovla görüşəcək

Kuala-Lumpurda keçiriləcək ASEAN xarici işlər nazirlərinin iclası çərçivəsində Amerika dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Gunaz.tv

Bu, Rubio və Lavrov arasında ikinci təkbətək görüş olacaq.

Yüksək səviyyəli diplomatlar arasında ilk görüş Tramp administrasiyasının ikitərəfli münasibətləri bərpa etmək və müharibəyə son qoymaq üçün danışıqlara kömək etmək səyləri çərçivəsində fevral ayında Səudiyyə Ərəbistanında baş tutub.

Görüşün baş tutacağını Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da təstiqləyib.

Qeyd edək ki, Donald Tramp son telefon danışığından sonra Vladimir Putinə qarşı məyusluğunun artdığını bildirmişdi.

Tramp həmçinin bildirib ki, Rusiyaya qarşı sərt sanksiyalar, o cümlədən Rusiyadan neft, qaz, uran və digər ixracat mallarını alan ölkələrə 500 faizlik rüsumlar tətbiq edən qanun layihəsini dəstəkləməyi düşünür.

Çərşənbə günü Trampın Putini tənqid etməsi ilə bağlı suala Kreml bildirib ki, Moskva bu tənqidlə bağlı təmkinlidir və pozulan Amerika-Rusiya münasibətlərini düzəltməyə çalışmağa davam edəcək.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar