SON XƏBƏRLƏR

Rusiyanın müsadirə etdiyi Amerika şirkəti Şimali Koreya və Çinə ərzaq ixrac edəcək

2025.07.10, 12:05
Rusiyanın müsadirə etdiyi Amerika şirkəti Şimali Koreya və Çinə ərzaq ixrac edəcək

Rusiyanın müsadirə etdiyi Amerikaya məxsus ərzaq şirkəti azalan satışların qarşılamaq üçün Şimali Koreya və Çinə ərzaq ixrac etməyi planlaşdırır.

Gunaz.tv

Amerika tərəfi bildirib ki, Rusiyanın müsadirə etdiyi tək Amerika şirkəti olan "Glavprodukt"a olan münasibət yaxşılaşdırılmağa çalışılan Amerika-Rusiya münasibətlərinə pis təsir edəcək.

Qeyd edək ki, Rusiyanın ən böyük konserv məhsulları istehsalçısı olan “Glavprodukt” Los-Ancelesdə yaşayan Leonid Smirnov tərəfindən təsis edilib və 2024-cü ilin oktyabrında Kreml tərəfindən müsadirə edilib. Moskva şirkətin Rusiyanın ərzaq təchizatı üçün strateji əhəmiyyət kəsb etdiyini iddia edib.

Şirkət müsadirə ediləndən sonra onun ərzaq istehsalı həcmlərində dəyişiklik olmayıb, ancaq satışlar isə aşağı düşüb. Ona görə də hazırda şirkət yeni bazarlar axtarışındadır.

İyun ayında "Glavprodukt"un dövlət tərəfindən təyin edilmiş yeni idarə heyəti Şimali Koreya və Yaxın Şərq də daxil olmaqla yeni bazarlara ixrac həyata keçirməyi təklif edib.

Xatırladaq ki, aprel ayında Reuters xəbər vermişdi ki, "Glavprodukt" Rusiya ordusunu ərzaqla təmin etmək üçün istifadə olunacaq.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar