SON XƏBƏRLƏR

Çin Ukraynada casusluq ittihamı ilə saxlanılan vətəndaşların işinin araşdırıldığını deyir

2025.07.10, 12:16
Çin Ukraynada casusluq ittihamı ilə saxlanılan vətəndaşların işinin araşdırıldığını deyir

Çin Ukrayna tərəfindən hərbi dəniz qüvvələrinə məxsus raket texnologiyalarını qaçırmaq ittihamı ilə saxlanılan Çinli ata və oğulun işini araşdırmağa davam edir.

Gunaz.tv

Məsələyə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning münsaibət bildirib:

"Əgər Çin vətəndaşlarının bu işdə əli olduğu bəlli olarsa Çin öz vətəndaşlarının hüquqlarını qanun çərçivəsində qorumağa davam edəcək." - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın əsas müttəfiqi olan Çin ilə Ukrayna arasında münasibətlər gərgin olaraq qalmaqdadır.

Ukrayna və Qərb Çini ticarət yolu ilə Rusiyanın işğalına şərait yaratmaqda və ölümcül dron hücumları da daxil olmaqla Rusiyaya hərbi texnologiya təmin etməkdə ittiham edir.

Ukrayna həmçinin bildirir ki, onlarla Çin vətəndaşı Rusiya ordusuna cəlb edilib və döyüşə göndərilib.

Xatırladaq ki, Ukraynanın təhlükəsizlik xidmətinin yadığı məlumata görə, 24 yaşlı, Kiyev Texniki universitetinin keçmiş tələbəsi və onun atası Ukraynaya məxsus RK-360MC Neptun raket sistemi ilə bağlı məxfi sənədləri qanunsuz olaraq Çinə ixrac etməyə cəhd ediblər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar