SON XƏBƏRLƏR

Katz: İranın yenidən İsrail üçün təhdid olmasına icazə verməyəcəyik

2025.07.10, 12:41
Katz: İranın yenidən İsrail üçün təhdid olmasına icazə verməyəcəyik

İran bacardığı qədər imkanlarını bərpa etməyə çalışacaq, lakin biz onun yenidən İsrail üçün təhdid olmasına imkan verməyəcəyik.

Gunaz.tv

Bu sözləri İsrailin müdafiə naziri Yisrael Katz deyib.

"Düşmən (12 günlük müharibənin vurduğu ziyanı) qiymətləndirir və özünü hazırlayır, lakin İsrail İranın yenidən təhlükəyə çevrilməsinin qarşısını almaq üçün addımlar atmalıdır." - deyə o bildirib.

Yisrael Katz bildirib ki, İsrail İranın əməliyyat imkanlarını bərpa etməsinin qarşısını almaq üçün planını hazırlamalı və həyata keçirməlidir; hər hansı sürpriz ehtimalının qarşısını almaq üçün öz imkanlarını gücləndirməlidir.

Amerikada rəsmi səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü "Fox Business Network"ə müsahibəsində deyib ki, İsrailin Amerika ilə İrana qarşı son birgə əməliyyatından sonra “Yaxın Şərqin simasını dəyişib”.

Benyamin Netanyahu bildirib ki, İsrail və Amerikanın birgə həmlələri dəfələrlə təkrarlana bilər. O əlavə edib: İranlılar bizim gücümüzü anladılar və əgər biz bu təhlükəni aradan qaldırmasaydıq, onların nüvə bıçağı boynumuzda olardı.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar