SON XƏBƏRLƏR

Tramp: Amerikanın NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər

2025.07.11, 11:02
Tramp: Amerikanın NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər

Amerikanın NATO-dakı müttəfiqləri, yeni razılaşmalara əsasən, Amerika silahlarının Ukrayna üçün pulunu tam ödəyəcəklər.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib.

Biz NATO-ya silah göndəririk və NATO bu silahlara görə pulu 100 % ödəyir. Biz silahları NATO ölkələrinə göndərəcəyik və sonra alyans bu silahları Ukraynaya verəcək, NATO isə bu silahların pulunu ödəyəcək”, - o bildirib.

Amerika lideri Şimali Atlantika Alyansının iyun ayında keçirilən sammitində Amerika silahlarının Ukraynaya tədarükü ilə bağlı bu prosedura dair razılaşmaların əldə edildiyinə diqqət çəkib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar