SON XƏBƏRLƏR

Prezident Ofisinin müşaviri: Ukrayna hərbçiləri rusiyalılar üçün yeni sürprizlər hazırlayır

2025.07.11, 11:11
Prezident Ofisinin müşaviri: Ukrayna hərbçiləri rusiyalılar üçün yeni sürprizlər hazırlayır

Ukraynanın Prezident ofisinin müşaviri Pavel Palisa Azərbaycan mediasına müsahibə verib.

Gunaz.tv

İtkilər haqqında danışan Pavel Palisa Ukraynanın itkilərinin Rusiyadan qat-qat az olduğunu bildirib.

"Rusiyanın itkiləri bir milyon hərbçini keçdi. Böyük itkilərə baxmayaraq, onlar Ukraynaya qarşı təcavüz strategiyalarını inadla həyata keçirməyə çalışırlar. Ukraynanın itkilərinə gəlincə, onlar müqayisəolunmaz dərəcədə azdır." - deyə o bildirib.\

Palisanın sözlərinə görə, Ukrayna hazırda hərbi sənayenin ehtiyaclarının 50%-ni öz istehsalı hesabına təmin edir.

" İndi müharibə üçün lazım olan hər şeyin təxminən 50%-ni ölkə daxilində istehsal edirik. Biz bu həcmləri artırmağa hazırıq. Əminəm ki, yaxın zamanda Ukrayna dünyanı bir neçə dəfə təəccübləndirəcək. Əlbəttə, biz hava məkanının müdafiəsi, müxtəlif mənzilli və müxtəlif hədəflərə qarşı spesifik işləyən komplekslər üzərində işləyirik. Bütün bunlar ərazimizi, hava məkanımızı ballistik raketlərdən, müxtəlif növ qanadlı raketlərdən, həmçinin "Shahed" tipli dronlardan qorumaq üçün edilir." - o bildirib.

Hörümçək toru əməliyyatından danışan Pavel Palisa Ukraynanın Rusiya üçün yeni surprizlər hazırladığını deyib.

"Hörümçək toru əməliyyatı Ukraynanın asimmetrik şəkildə, strateji dərinlikdə hərəkət etmək və çox həssas zərbələr endirmək qabiliyyətini nümayiş etdirdi. Bəli, əminəm ki, gələcəkdə də mütləq buna bənzər məqamlar görəcəyik."

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar