SON XƏBƏRLƏR

Mai Sato İranda üç ərəb siyasi məhbusun tezliklə edam ediləcəyi barədə xəbərdarlıq edib

2025.07.11, 11:59
Mai Sato İranda üç ərəb siyasi məhbusun tezliklə edam ediləcəyi barədə xəbərdarlıq edib

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Tehran hakimiyyətini edamları dayandırmağa çağırıb və bildirib ki, İranda üç ərəb siyasi məhbusun edamı planlaşdırılır.

Gunaz.tv

Bu barədə o farsdilli "X-Channel"də yazıb:

"Mən üç ərəb siyasi məhbusunun - Əli Məjdəm, Moein Xənfəri və Məhəmməd Rza Müqəddəmin edam təhlükəsi ilə üzləşdiyi barədə xəbərlər almışam. Onlar üsyan ittihamı ilə edam olunma riski altındadırlar.”

Xanım Sato edamları dayandırmağa çağırıb və Tehran hakimiyyətinə xatırladıb ki, İranın tərəfdar çıxdığı Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktlara əsasən, “ölüm cəzası ümumi (yaxud qeyri-müəyyən və qeyri-dəqiq) tərifləri olan təhlükəsizlik cinayətlərinə görə tətbiq edilməməlidir”.

BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi vurğulayıb ki, dünya İran hakimiyyətinin öz xalqına, o cümlədən siyasi məhbuslara qarşı rəftarını izləyir.

İyul ayında Mai Sato da daxil olmaqla BMT-nin xüsusi məruzəçiləri də İran və İsrail arasında atəşkəsdən sonra İranda siyasi müxaliflərə və tənqidçilərə qarşı repressiyalardan narahat olduqlarını bildiriblər.

Xanım Mai Sato həmin gün İran hökumətinə xəbərdarlıq etmişdi ki, “Dövlətlər münaqişədən sonrakı vəziyyətdən etnik və dini azlıqlara, habelə dissidentlərə qarşı repressiyaları artırmaq üçün fürsət kimi istifadə etməməlidirlər”.

Xatırladaq ki, İran məhkəmə sistemi İran-İsrail müharibəsindən sonra iki həftədən az müddətdə altı məhbusu edam edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar