SON XƏBƏRLƏR

Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb

2025.07.12, 10:51
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb

NATO müttəfiqləri Ukrayna üçün bütün silahların pulunu ödəyəcəklər.

Gunaz.tv

Bunu Amerika Dövlət katibi Marko Rubio "NBC News" kanalında bildirib.

“Biz müttəfiqlərimizi Kiyevə silah və müdafiə sistemləri tədarükünə sövq etməyə davam edirik. Sonra onlar öz ehtiyatlarını artırmaq üçün bizimlə ayrıca maliyyə sazişləri bağlaya bilərlər”, - Rubio deyib.

O əlavə edib ki, Ukraynanın ehtiyac duyduğu bəzi sistemlər Avropadakı müttəfiqlər üçün əlçatandır.

Bundan əvvəl "Bloomberg TV" məlumat yayıb ki, Amerika Prezidenti Donald Tramp iyulun 14-də Rusiyaya qarşı sanksiyaları elan edə bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar