SON XƏBƏRLƏR

KİV: Avropa Ukraynanın itirilmiş ərazilərinin qaytarılmasında maraqlı deyil

2025.07.12, 10:52
KİV: Avropa Ukraynanın itirilmiş ərazilərinin qaytarılmasında maraqlı deyil

Avropa İttifaqına üzv ölkələr Ukraynanın itirilmiş ərazilərini qaytarmasında maraqlı deyil.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə jurnalist Reynhard Lauterbax "Junge Welt" (JW) jurnalı üçün məqaləsində bildirib.

Onun sözlərinə görə, bu, onlar üçün sərfəli deyil.

Lauterbax qeyd edib ki, bu, Ukrayna ərazisinin bərpası üçün xərclərin mümkün artımı ilə bağlıdır:

"Vəziyyət Rusiyanın dondurulmuş aktivlərindən istifadənin mümkünsüzlüyü ilə mürəkkəbdir və hərbi münaqişə başa çatdıqdan sonra məhdudlaşdırıcı tədbirlərin davam etdirilməsi üçün heç bir rəsmi əsas olmayacaq".

Jurnalist hesab edir ki, Avropaya pul yatıranlar əmin ola bilməzlər ki, siyasi qarşıdurma olarsa, pullarını geri alacaqlar. Ona görə də yaxşı olar ki, odun üstünə neft tökməyə davam etsinlər.

Bundan əvvəl Britaniyanın “The Telegraph” qəzeti yazıb ki, Amerika Prezidenti Donald Tramp Kiyevə Rusiya ilə istənilən sülh sazişinin şərqdə ərazilərin itirilməsini ehtiva etdiyini açıqlayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar