SON XƏBƏRLƏR

Amerika Los-Anceles hava limanında iranlı şəxsi həbs edib

2025.07.12, 11:52
Amerika Los-Anceles hava limanında iranlı şəxsi həbs edib

Amerika Prokurorluğu İran əsilli Amerika vətəndaşını sanksiyaları pozmaqda ittiham edərək həbs etdiyini açıqlayıb.

Gunaz.tv

Baş Prokurorluq rəsmi saytında verdiyi açıqlamada həbsin səbəbinin “mütərəqqi elektron komponentlərin İrana qanunsuz ixracı” olduğunu bildirib.

Prokurorluq həmin şəxsin 66 yaşlı Bəhram Məhəmməd Ostvari olduğunu bildirib və onun cümə axşamı Los-Anceles Beynəlxalq Hava Limanına gələn zaman həbs edildiyini bildirib.

Məlumata görə, Ostvari Los-Anceles rayon məhkəməsində özünü təqsirli bilməyib və müvəqqəti olaraq azadlığa buraxılıb.

Prokurorluğun məlumatına görə, o, İrana ixracı qadağan edilən qabaqcıl elektron avadanlıqları BƏƏ-dəki iki şirkət vasitəsilə Tehrandakı şirkətinə daşımaqda ittiham olunur.

Bəyanatda bu avadanlıqdan İranın dəmir yolu layihələrində və digər qurumlarında istifadə edildiyi bildirilib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar