SON XƏBƏRLƏR

İsrail ordusu İrandan Lübnana silah qaçaqmalçılığı edən şəxsi öldüyünü açıqlayıb

2025.07.12, 11:57
İsrail ordusu İrandan Lübnana silah qaçaqmalçılığı edən şəxsi öldüyünü açıqlayıb

İsrail ordusu Məhəmməd Şoaib adlı şəxsin cümə günü Lübnanın güneyindəki Nəbatiyə bölgəsinə endirilən hava hücumunda öldürüldüyünü açıqlayıb.

Gunaz.tv

İsrail ordusunun bəyanatında deyilir ki, Məhəmməd Şoaib İrandan gələrək Lübnandan keçməklə İsrailə və Ürdün çayının qərb sahilinə silah qaçaqmalçılığı edən qruplaşmalardan birinin rəhbəri olub.

İsrail ordusunun sözçüsü Avixay Adraei bu barədə özünün sosial media hesabında yazıb:

"Məhəmməd Şoaibin hədəfə alınması Hərbi Kəşfiyyat, Quzey Komandanlığı və İsrail Daxili Təhlükəsizlik Agentliyinin (Şabak) ətraflı kəşfiyyat məlumatlarına əsasən orduya məxsus qırıcı təyyarələrin hava hücumu ilə həyata keçirilib." - deyə o bildirib.

Adraei əlavə edib ki, Mohammad Shoaib İsrail daxilində əməliyyatların planlaşdırılmasında əsas fiqur olub və Lübnanda hərbi infrastruktur yaratmaq məqsədi ilə silah qaçaqmalçılığı ilə məşğul olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar