SON XƏBƏRLƏR

Fars Xəbər Agentliyi: İsrail 12 günlük müharibə zamanı Ali Milli Təhlükəsizlik Şurasının iclasına hücum edib

2025.07.14, 09:23
Fars Xəbər Agentliyi: İsrail 12 günlük müharibə zamanı Ali Milli Təhlükəsizlik Şurasının iclasına hücum edib

İnqilab Keşikçiləri Korpusuna bağlı Fars Xəbər Agentliyi 12 günlük müharibə zamanı İsrailin İranın Ali Milli Təhlükəsizlik Şurasının iclasına hücumunun təfərrüatlarını dərc edib, məlumata görə, Məsud Peşkian iclasın keçirildiyi bombalanmış binanı tərk etmək istəyərkən ayağından yaralanıb.

Gunaz.tv

Məlumatına görə, iyunun 16-da bazar ertəsi səhər Tehranın qərbində bir binanın aşağı mərtəbələrində hökumətin üç qolunun başçıları və digər yüksək vəzifəli məmurların iştirakı ilə Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilərkən, binanın giriş və çıxışlarına 6 raket və ya bomba ilə zərbə endirilib.

Xəbər agentliyi əlavə edib ki, partlayışlar iclasın keçirildiyi mərtəbənin elektrik enerjisini kəsib, lakin orada olan məmurlar qəza çıxışından istifadə edərək binadan qaçıblar. Məlumata görə, Məsud Pezeşkian da daxil olmaqla bəzi şəxslər hadisə zamanı ayaqlarından yüngül xəsarətlər alıblar.

Qeyd edək ki, bundan əvvəl Pezeşkian Karlsona verdiyi müsahibədə İsraili onu öldürməyə cəhddə ittiham edib.

"Biz planları nəzərdən keçirmək üçün daxili iclasda idik, onlar öz casuslarından aldıqları məlumat əsasında bizim iştirak etdiyimiz ərazini bombalamışdılar." - deyə o bildirib.

İsrail hələ ki, bu iddialara cavab verməyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar