SON XƏBƏRLƏR

Qrossi və Koşta İranın nüvə proqramını müzakirə ediblər

2025.07.14, 10:00
Qrossi və Koşta İranın nüvə proqramını müzakirə ediblər

Avropa Şurasının prezidenti Antonio Koşta Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə görüşündə agentliyin İranın nüvə proqramının monitorinqində əsas rolunu deyib.

Gunaz.tv

A.Koşta bu haqda özünün X sosial şəbəkəsində məlumat paylaşıb.

"Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramının tamamilə dinc xarakter daşıdığını yoxlamağa qadir olan yeganə qərəzsiz beynəlxalq orqandır. İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir”,- o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossi də Avropa Birliyinin İran məsələsində qəti dəstəyini yüksək qiymətləndirib. 

"AB-nin İrandakı səylərimizi dəstəkləməkdə göstərdiyi qəti dəstəyə görə minnətdaram”,- o X səhifəsində yazıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar