SON XƏBƏRLƏR

Araqçı Çinə gedir

2025.07.14, 10:06
Araqçı Çinə gedir

İran xarici işlər naziri Abbas Araqçı Çinə səfər edəcək.

Gunaz.tv

Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, Abbas Araqçı Çinin xarici işlər naziri Van Yinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlər toplantısında iştirak edəcək.

O bildirib ki, səfər zamanı İran XİN rəhbəri Çinin xarici işlər naziri və iclasda iştirak edən bir sıra digər xarici işlər nazirləri ilə də görüşəcək.

Sammit zamanı İran XİN başçısı regional və beynəlxalq gündəliyin əsas məsələləri üzrə Tehranın mövqe və baxışlarını təqdim edəcək.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar