SON XƏBƏRLƏR

Rusiya İranı "sıfır zənginləşdirmə"yə təşviq etməsi ilə bağlı xəbəri inkar edib

2025.07.14, 11:16
Rusiya İranı "sıfır zənginləşdirmə"yə təşviq etməsi ilə bağlı xəbəri inkar edib

Rusiyanın Xarici İşlər Nazirliyi prezident Vladimir Putinin İranı "sıfır zənginləşdirmə"yə təşviq etməsi ilə bağlı xəbəri "böhtan" adlandırıb.

Gunaz.tv

“Axios” xəbər agentliyi şənbə günü məsələdən xəbərdar olan üç anonim mənbəyə istinadən yazıb ki, Putin İranı "sıfır zənginləşdirmə" ilə razılaşmağa təşviq edir.

Rusiya Xarici İşlər Nazirliyi bazar günü bildirib ki, məqalə “İranın nüvə proqramı ətrafında gərginliyi gücləndirməyə yönəlmiş yeni siyasi böhtan kampaniyası kimi görünür”.

Bəyanatda deyilir: “Biz İranın nüvə proqramı ilə bağlı böhranın müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini daim və dəfələrlə vurğulamışıq və qarşılıqlı həll yollarının tapılmasına kömək etməyə hazır olduğumuzu bildirmişik."

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar