SON XƏBƏRLƏR

Almaniya İrana xəbərdarlıq etdi- Məktubu BMT TŞ-a verəcəyik

2025.07.14, 17:09
Almaniya İrana xəbərdarlıq etdi- Məktubu BMT TŞ-a verəcəyik

48 saatdan sonra İran hökumətinə qarşı tətik mexanizminin işə salınması barədə məktubu BMT Təhlükəsizlik Şurasının sədrliyinə çatdıracağıq.

Gunaz.tv

Bunu Almaniyanın kansleri Fridrix Merts deyib.

"İran Avropanın xəbərdarlığına məhəl qoymadı. Biz avropalı həmkarlarımızla birgə JCPOA sazişindən qalan nüvə məsələlərini həll etmək üçün İrana çox vaxt vermişdik və hazırda BMT sanksiyalarına qayıtmaqdan başqa çarəmiz yoxdur",- o əlavə edib.

Fridrix Merts əlavə edib ki, iyulun 15-də tətik mexanizminin işə salınmasını tələb edən məktubu Britaniya və Fransa ölkəsi ilə birlikdə BMT Təhlükəsizlik Şurasının sədrliyə çatdıracağıq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar