SON XƏBƏRLƏR

Amerika Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər

2025.07.14, 17:16
Amerika Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər

Amerikanın Türkiyədəki səfiri Tom Barak özəl nüfuzlu Amerika şirkətinin Zəngəzur dəhlizində qarant rolu oynaya biləcəyi barədə xəbərləri təsdiqləyib.

Gunaz.tv

Günaz TV "Operativ Media"ya istinadən xəbər verir ki, bu barədə Middle East Eye məlumat yayıb.

Bu, Amerika tərəfindən ilk rəsmi açıqlama hesab olunur.

Tom Barak bildirib ki, bu təklifi əslində Türkiyə verib, Amerika də razılaşıb. Lakin Ermənistan tərəfi bildirib ki, həmin şirkət yolun Naxçıvanda olan hissəsində də fəaliyyət göstərsin, Azərbaycan isə bunu qəbuledilməz adlandırıb.

Hazırda 32 kilometrlik dəhliz iki ölkənin sülh müqaviləsi bağlamasına əsas maneədir. Amerika Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar