SON XƏBƏRLƏR

Zelenski Trampla "çox yaxşı söhbət" edib

2025.07.15, 10:38
Zelenski Trampla "çox yaxşı söhbət" edib

Ukrayna prezidenti Volodimir Zelenski Amerika lideri Donald Tramp ilə telefon danışığı keçirib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında bildirib.

"Çox yaxşı söhbət oldu. Ukraynaya dəstək vermək və qətlləri dayandırmaq, uzunmüddətli və ədalətli sülh yaratmaq üçün birlikdə işləməyə hazır olduğunuza görə təşəkkür edirəm. Prezident Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşü barədə danışdı. Aramızda belə yaxşı münasibətlərin olması və NATO ölkələrinin müdafiə xərclərini artırmağa çalışması vacibdir. Prezidentlə insanları Rusiyanın zərbələrindən daha çox qorumaq və mövqelərimizi gücləndirmək üçün lazımi qərarları müzakirə etdik. Sülhə nail olmaq üçün maksimum məhsuldar işləməyə hazırıq. Daha tez-tez zəngləşmək və addımlarımızı koordinasiya etmək barədə razılığa gəldik. Təşəkkür edirəm, cənab prezident! Təşəkkür edirəm, Amerika!" - Zelenski qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar