SON XƏBƏRLƏR

İranda bir neçə partlayış olub

2025.07.15, 13:19
İranda bir neçə partlayış olub

Ötən gecə Tehran, Kərəc, Təbriz, Simnan, Parçin və başqa bir neçə yerdə partlayışlar olub.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, həmin şəhərlərdə hava hücumundan müdafiə sistemləri fəallaşıb.

Yerli mənbələrin yaydığı başqa məlumata görə, Urmunun "Əlmehdi" kazarmasında da partlayş səsləri eşidilib.

Qeyri rəsmi mənbələr partlayış səslərinin İsrailin İrana davamlı PUA hücumları ilə əlaqəli olduğunu bildirirlər. 

Rəsmi məlumatda isə bildirilib ki, hava hücumundan müdafiə sistemlərinin fəallaşması onların yoxlanılması məqsədi ilə bağlıdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar