SON XƏBƏRLƏR

KİV: Tramp Rusiyaya qarşı ikinci dərəcəli rüsumların 50 gündən tez tətbiq olunacağını istisna etmir

2025.07.16, 09:51
KİV: Tramp Rusiyaya qarşı ikinci dərəcəli rüsumların 50 gündən tez tətbiq olunacağını istisna etmir

Amerika Prezidenti Donald Tramp Rusiyaya qarşı ikinci dərəcəli rüsumların 50 gündən tez tətbiq olunacağını istisna etmir.

Gunaz.tv

Bu barədə "Bloomberg" məlumat yayıb.

"Rusiya üçün son tarix 50 gündən tez ola bilər", - agentlik prezidentin sözlərindən sitat gətirib.

Tramp deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nizamlanması 50 gün ərzində əldə olunmasa, Amerika Moskvaya qarşı ikinci dərəcəli rüsumlar tətbiq edəcək. Bu tədbirlər isə neftə təsir edəcək.

Amerika lideri, həmçinin bildirib ki, o, nə Moskvanı, nə də Kiyevi müharibə ilə bağlı dəstəkləyir: "Mən heç kimin tərəfində deyiləm".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar