SON XƏBƏRLƏR

İran Oman dənizində neft tankerini saxlayıb

2025.07.16, 10:35
İran Oman dənizində neft tankerini saxlayıb

İran Oman dənizində yanacaq qaçaqmalçılığı ittihamı ilə xarici tankeri ələ keçirib.

Gunaz.tv

Ədliyyə rəhbəri Müctəba Qəhrəmani bildirib ki, gəmi "yükü ilə bağlı hüquqi sənədlərin natamam olduğu aşkar edildikdən sonra ələ keçirilib".

Məlumata görə, baş hakim Oman dənizində iki milyon litr yanacaq qaçaqmalçılığı ittihamı ilə xarici neft tankerinin həbs edildiyini elan edib.

Gəminin mənsubiyyəti və təyinat yeri ilə bağlı məlumat hələlik açıqlanmır.

Həbs olunanların kimliyi və milliyyəti barədə açıqlama verən Qəhrəmani , "Xarici tankerin kapitanı və ekipajı da daxil olmaqla 17 şübhəli şəxs nəzarətə götürülüb" dedi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar